
BAKI, 11 mart. TELEQRAF
Ermənistan BRIKS-də müşahidəçi statusu almaqda maraqlıdır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Biz BRIKS və həmçinin Şanxay Əməkdaşlıq Təşkilatında iştirak edirik. Siz BRIKS barədə soruşdunuz və biz hələ də bu təşkilatda müşahidəçi statusu almağa maraqlıyıq. Yəni, bu əməkdaşlığın regionumuza nə kimi fayda gətirə biləcəyini görməkdə maraqlıyıq", - o qeyd edib.