
BAKI, 11 mart. TELEQRAF
Rusiya neftinin Macarıstana tədarükü bərpa edilib.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
"Drujba" neft kəmərinə Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində dəymiş ziyan aradan qaldırılıb və kəmər ilə Macarıstana xam neftin nəqli bərpa edilib”, - diplomat qeyd edib.