BAKI, 11 mart. TELEQRAF

Azərbaycanın qadın boksçusu Zeynəb Rəhimova Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.

Teleqraf xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Rəhimova 1/8 final mərhələsində vyetnamlı Kim Anh Vo Thi ilə qarşılaşıb. Rəhimova rəqibinə 2:5 hesab ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Zeynəb Rəhimova ilk mərhələdə Ermənistan təmsilçisi Yekaterina Sıçevanı üstələmişdi.