BAKI, 4 mart. TELEQRAF

Gələn il 12 azərbaycanlı tələbə Qazaxıstan universitetlərində təhsil almaq imkanı qazanacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın elm və təhsil naziri Sayasət Nurbek bu gün “Bakı İdman Sarayı”nda “Qazaxıstan universitetlərinin təhsil sərgisi”nin rəsmi açılış mərasimində deyib.

"Sərgidə Qazaxıstanla yanaşı, Koreya və Çin universitetləri də iştirak edir. Eyni zamanda, Mərkəzi Asiya və daha geniş region üçün güclü tədqiqat mərkəzinin yaradılması planlaşdırılır. Artıq bu işə 47 ali təhsil müəssisəsinin tədqiqat mərkəzi cəlb olunub. Gələcəkdə azərbaycanlı tələbələr üçün ayrılan yerlərin sayı 20, 30, hətta 40-a qədər arta bilər"- S. Nurbek qeyd edib.

Qeyd edək ki, təhsil sərgisində Qazaxıstan Respublikasının 20-dən çox ali təhsil müəssisəsi iştirak edir.