
BAKI, 23 fevral. TELEQRAF
Niderlandın xarici işlər naziri Kaspar Veldkampla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
Teleqraf “İnterfaks”a istinadən xəbər verir ki, nazirlər söhbət zamanı İranın nüvə məsələsini də müzakirə ediblər.
Veldkamp bildirib: “İranın xarici işlər naziri ilə Yaxın Şərqdəki hadisələrlə bağlı danışdım. Həmçinin İranın nüvə proqramına və yeni nüvə sazişinin bağlanma ehtimalına da toxunduq”.