BAKI, 23 fevral. TELEQRAF

ABŞ-nin Pensilvaniya ştatında silahlı şəxslə atışmada bir polis məmuru ölüb.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” xəbər yayıb.

Məlumata görə, silahlı şəxs Yorkdakı Memorial xəstəxanasının reanimasiya şöbəsinə daxil olaraq, oradakı insanları girov götürüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra atışma başlayıb. Nəticədə hücum edən şəxs və polis əməkdaşlarından biri həlak olub.

Atışma zamanı tibb bacısı, həkim, mühafizəçi və iki polis də yaralanıb.

Artıq hücum edənin kimliyi müəyyənləşib.