BAKI, 25 sentyabr. TELEQRAF
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb.
Teleqraf xəbər verir ki, “Mercedes” komandasının pilotu Corc Rassell birinci yeri tutub.
“Ferrari” komandasının sürücüsü Şarl Lekler ikinci, “Racing Bulls” pilotu İsak Hadjar isə üçüncü olub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinin əsas yarışı sabah keçiriləcək.
***
16:00
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turuna start verilib.
Teleqraf xəbər verir ki, mübarizə saat 16:00-da başlayıb.
Sıralama turunun nəticələrinə əsasən sabah keçiriləcək əsas yarışda pilotların start mövqeləri müəyyənləşəcək.
Qeyd edək ki, Qran-Pri sabah yekunlaşacaq.