BAKI, 26 sentyabr. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı davam edir.

Teleqraf xəbər verir ki, yarışa ilk sıradan başlayan “Mercedes” komandasının pilotu Corc Rassell liderliyini qoruyur.

Hazırda ikinci pillədə “McLaren” komandasının təmsilçisi Oskar Piastri, üçüncü sırada isə “Red Bull” komandasının pilotu Maks Ferstappen qərarlaşıb.

***
15:00

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yürüşü start götürüb.

Teleqraf xəbər verir ki, yarış saat 15:00-da başlayıb və 17:00-dək davam edəcək.

Pilotlar start düzülüşünə sıralama turunun nəticələrinə əsasən çıxıblar.

Yarışa birinci sıradan “Mercedes” komandasının pilotu Corc Rassell başlayıb. İkinci pillədə “Ferrari” komandasının sürücüsü Şarl Lekler, üçüncü sırada isə “McLaren” komandasının təmsilçisi Oskar Piastri qərarlaşıb.