BAKI, 25 sentyabr. TELEQRAF
Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisinin sprint yarışı başa çatıb.
Teleqraf xəbər verir ki, 21 dövrəlik yarışın qalibi “Dams Lukas Oil" komandasının pillotu Dino Beqanoviç olub.
“Triden”in sürücüsü Laurens Van Hoepen ikinci, “Rodin” komandasından Aleks Dann isə üçüncü yeri tutub.
Saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş başlayacaq. Formula 2 üzrə əsas yarışa saat 14:15-də start veriləcək.
***
08:15
Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisinin sprint yarışına start verilib.
Teleqraf xəbər verir ki, mübarizə saat 08:15-də başlayıb.
Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.
Qeyd edək ki, Bakı Qran-prisinə sentyabrın 26-da keçiriləcək əsas yarışla yekun vurulacaq.