BAKI, 26 sentyabr. TELEQRAF
Formula 1 Azərbaycan Qran Prisinin 2026-nın həftəsonunda Bakı Şəhər Halqasında hər şey saniyələrlə ölçülür. Bolidlər dövrələri yüksək sürətlə tamamlayır, tribunalar dolur, azarkeş axını davam edir.
Teleqraf xəbər verir ki, bu hərəkətin içində isə təxminən 2 min könüllü öz yerlərində iş başındadır.
Onları trekin müxtəlif hissələrində görmək mümkündür. Könüllülər azarkeşlərin doğru istiqamətə getməsinə kömək edir, qonaqları qarşılayır, məlumatlandırma məntəqəsində çalışır və yarışın əməliyyat proseslərinin arxasında dayanır.
Bu komandanın bir hissəsi olmaq istəyənlərin sayı isə ildən-ilə artır. Bu il cəmi 72 saat ərzində 49 min müraciət daxil olub. Son 10 ildə isə 20 mindən çox könüllü Bakıda keçirilən Formula 1 yarışlarının bir parçasına çevrilib.
Beləliklə, Formula 1-i yalnız pilotlar və bolidlərdən ibarət deyil. Bu yarışın hər anında onun arxasında böyük bir komanda dayanır.