BAKI, 25 sentyabr. TELEQRAF
Azərbaycan Qran-prisi çərçivəsində Bakıda keçirilən Formula 2 sprint yarışının qalibləri mükafatlandırılıb.
Teleqraf xəbər verir ki, Dams Lucas Oil komandasının isveçli pilotu Dino Beganoviç birinci yerə, Tridentin niderlandlı sürücüsü Laurens Van Hoepen ikinci yerə, Rodin komandasının pilotu Aleks Dann isə üçüncü yerə layiq görülüb.
Yarışın ardından qaliblərə müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Qran-prisinə sentyabrın 26-da yekun vurulacaq.