BAKI, 26 sentyabr. TELEQRAF
Formula 2 üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başa çatıb.
Teleqraf xəbər verir ki, “Rodin Motorsport” komandasının sürücüsü Aleks Dann finiş xəttini birinci keçib.
Lakin yarış zamanı qaydaları pozduğu üçün Aleks Dann hakimlər tərəfindən 5 saniyəlik cərimələnib. Bunun nəticəsində britaniyalı sürücü yekun sıralamada üçüncü yerə geriləyib.
Yarışın qalibi isə finiş xəttini ikinci keçən “Invicta Raking” komandasının sürücüsü Rafael Kamara olub.
”Campos” komandasının sürücüsü Nikola Tsolov ikinci, Aleks Dann isə üçüncü yeri tutub.
***
11:00
Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 üzrə ikinci əsas yarışa start verilib.
Teleqraf xəbər verir ki, mübarizə saat 11:00-da başlayıb.
Yarışda 11 komandadan 22 pilot mübarizə aparır.
Xatırladaq ki, Formula 1-də əsas yarış bu gün saat 15:00-da start götürəcək.