BAKI, 25 sentyabr. TELEQRAF
Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə əsas yarış başa çatıb.
Teleqraf xəbər verir ki, “MP Motorsport” komandasının pilotu Oliver Dunne finişə birinci çatıb.
“Hitech Pulse-Eight” komandasının sürücüsü Martinius Stenşorne ikinci, “Prema Raking” komandasının 7 nömrəli pilotu Dino Beqanoviç isə üçüncü olub.
Qeyd edək ki, bu gün saat 16:00-da Formula 1 üzrə sıralama turu keçiriləcək.
***
14:15
Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə əsas yarışa start verilib.
Teleqraf xəbər verir ki, mübarizə saat 14:15-də başlayıb.
Qeyd edək ki, bu gün Formula 1 üzrə sıralama turu da keçiriləcək. Sessiya saat 16:00-da başlayacaq.