BAKI, 25 sentyabr. TELEQRAF
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başa çatıb.
Teleqraf xəbər verir ki, yürüşün qalibi “Red Bull” komandasının pilotu Maks Ferstappen olub.
İkinci yeri “Mercedes” komandasının pilotu Corc Rassell, üçüncü yeri isə “Ferrari” komandasının sürücüsü Luis Hamilton tutub.
Günün son əsas sessiyası isə saat 16:00-da Formula 1 üzrə sıralama turu olacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 26-da başa çatacaq.
***
12:30
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə start verilib.
Teleqraf xəbər verir ki, mübarizə saat 12:30-da başlayıb.
Daha sonra saat 14:15-də Formula 2 üzrə əsas yarış keçiriləcək.
Günün son əsas sessiyası isə saat 16:00-da Formula 1 üzrə sıralama turu olacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 26-da başa çatacaq.