BAKI, 26 oktyabr. TELEQRAF
“Formula-1” üzrə 2026-cı il dünya çempionatının 18-ci mərhələsi – ABŞ Qran-prisinin qalibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, Texas ştatının Ostin şəhərindəki “Amerika trası”nda keçirilən yarışda “Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli birinci yeri tutub.
“Ferrari”nin monakolu sürücüsü Şarl Lekler ikinci, “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen isə üçüncü olub.
Antonelli mövsümdə doqquzuncu qələbəsini qazanaraq dünya çempionluğuna daha da yaxınlaşıb.
Hazırda 365 xalla pilotların şəxsi hesabına başçılıq edən italiyalı sürücünü komanda yoldaşı Corc Rassell 242 xalla izləyir. Antonellinin ilk dünya çempionluğunu rəsmiləşdirməsi üçün daha iki xal qazanması kifayətdir.
Konstruktorlar kubokunda isə “Mercedes” 607 xalla liderliyini qoruyur. “Ferrari” 474 xalla ikinci, “Red Bull” və “Maklaren” isə hərəyə 355 xalla növbəti pillələri bölüşür.
Qeyd edək ki, mövsümün növbəti mərhələsi oktyabrın 30-dan noyabrın 1-dək Meksikada keçiriləcək.