BAKI, 26 sentyabr. TELEQRAF

Formula 2 üzrə Azərbaycan Qran-prisinin ikinci əsas yarışında mükafatlandırma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, yarışın qalibi “Invicta” komandasının pilotu Rafael Kamara olub.

“Campos” komandasının sürücüsü Nikola Tsolov ikinci, “Rodin Motorsport” komandasının pilotu Aleks Dann isə üçüncü yeri tutub.

Qeyd edək ki, finişə birinci Aleks Dann çatsa da, yarış zamanı qaydaları pozduğu üçün 5 saniyəlik cərimələnib. Nəticədə o, yekun sıralamada üçüncü yerə geriləyib.