BAKI, 4 oktyabr. TELEQRAF
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Malayziya Qran-prisinin qalibi olub.
Teleqraf xəbər verir ki, bu barədə "Sky Sports F1" telekanalı məlumat yayıb.
Güclü yağış səbəbindən startı gecikən, iki dəfə təhlükəsizlik avtomobilinin treke daxil olduğu yarışda niderlandlı pilot mövsümdə ilk qələbəsini qazanıb.
Yarışda ikinci yeri "Mercedes"in pilotu Kimi Antonelli tutub. Komandanın digər sürücüsü Corc Rassell isə mərhələnin sonlarına yaxın bolidində yarana texniki nasazlıq səbəbindən mübarizəni vaxtından əvvəl dayandırmalı olub.
Mübarizənin əvvəlində yaranan problemlər səbəbindən 16-cı sıraya qədər geriləyən "Ferrari" pilotu Lyuis Hemilton uğurlu dönüş edərək finişə üçüncü çatıb və fəxri kürsüyə qalxmağı bacarıb.
Qeyd edək ki, ABŞ və İran arasında davam edən hərbi münaqişə səbəbindən Bəhreyn Qran-prisi Bəhreyndə deyil, Məleyziyada təşkil olunub.