BAKI, 15 oktyabr. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubu basketbol komandasının baş məşqçisi Şarunas Yasikyaviçyuslə müqaviləni yeniləyəcək.
Teleqraf-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Sadəttin Saran açıqlama verib.
"Bizim onunla çox yaxşı münasibətimiz. Rəhbərlik ona inanır. Komandanın zəif tərəfləri və zədəli basketbolçuları var. İnanırıq ki, hər şey düzələcək. Müqavilənin uzadılması üçün danışıqlar aparacağıq”, - deyə Saran bildirib.
Qeyd edək ki, Şarunas Yasikyaviçyus 2023-cü dekabrından “Fənərbağça”nın baş məşqçisidir. “Sarı-lacivərtlilər” onun rəhbərliyi altında ötən mövsüm Avroliqanın qalibi olub.