BAKI, 21 avqust. TELEQRAF
"Abşeron Lions" basketbolçusu İsmayıl Abdullayevlə müqavilə müddətini uzadıb.
Klubdan Teleqraf-a verilən məlumata görə, Abdullayev növbəti mövsümdə də Abşeron təmsilçisinin formasını geyinəcək.
O, aşağı yaş qrupları üzrə Azərbaycan milli komandasının da üzvüdür.
Qeyd edək ki, İsmayıl Abdullayev "Abşeron Lions"dan öncə Yüksək Liqada NTD komandasının heyətində çıxış edib.