BAKI, 19 iyul. TELEQRAF

Türkiyənin "Fənərbağça" klubu kapitanı Melih Mahmutoğlu ilə müqaviləsini 1 illik uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qarşıdan gələn mövsüm 35 yaşlı basketbolçu üçün "Fənərbağça"nın heyətində 13-cü olacaq. Mahmutoğlu komandada keçirdiyi müddətə görə klub tarixinin lideridir.

Qeyd edək ki, başa çatan Avroliqa mövsümündə "Fənərbağça" tarixində ikinci dəfə çempion olub.