BAKI, 12 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın idarəçiliyi altında qalan Şimali İrlandiyanın İrlandiya Respublikası ilə vahid dövlətdə birləşməsini arzu edir.
Teleqraf "BBC" telekanalına istinadla xəbər verir ki, istinadla xəbər verir ki, Dublinə səfəri zamanı Trampdan İrlandiyanın vahid bir dövlət olması barədə fikirləri soruşulub.
Heç bir diplomatik problem yaratmaq istəmədiyini deyən ABŞ lideri, bu tarixi birləşməni səmimi qəlbdən dəstəklədiyini gizlətməyib: “Hər hansı bir gərginliyə səbəb olmaq niyyətim yoxdur, lakin mən İrlandiyanı bütöv və birləşmiş görməyi çox istərdim. Mənim hər iki tərəfdə də yaxın dostlarım var və bu addım hər kəs üçün böyük bir fəxr olardı. Məncə, bu tarixi hadisə gec-tez mütləq baş verəcək və bu, möhtəşəm bir reallıq olacaq”.