BAKI, 31 avqust. TELEQRAF
“Rusiya iki ölkə arasında vizasız rejimin daimi olması üçün Çinlə işləməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Çin Sədri Si Cinpinlə görüşündə deyib.
Rusiya lideri məsələ ilə bağlı Çin tərəfi ilə işləməyə davam etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Vladimir Putin və Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammitində iştirak etmək üçün Qırğızıstandadır.