BAKI, 31 avqust. TELEQRAF
Hövsan kəndində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bu barədə Teleqraf-a "İri Şəhərlərin Su Təchizatı" MMC-dən məlumat verilib.
Bildirilib ki, Hövsan kəndini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar sentyabrın 1-i günorta saatlarınadək suyun verilməsi müvəqqəti dayandırılacaq.