BAKI, 31 avqust. TELEQRAF

“İran iqtisadi cəhətdən məğlub olduğu üçün hərbi əməliyyatlara əl atıb”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

“İrana təzyiq göstərməyə davam edəcəyik. Artıq Tehran sanksiyaları ciddi qəbul edir”, - nazir bildirib.

Xatırladaq ki, Skott Bessent bundan əvvəl Amerikanın İrana qarşı bütün istiqamətlərdə iqtisadi hücuma başladığını açıqlayıb. Nazir bunu “İqtisadi təcrid” əməliyyatı adlandırıb.