BAKI, 30 avqust. TELEQRAF
Şimali Kipr sahillərində baş verən dəniz qəzası nəticəsində həlak olanlar var.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Şimali Kiprdəki səfiri Əli Murad Başçəri bildirib.
Səfirin sözlərinə görə, indiyədək 259 nəfər xilas olunub.
"Təəssüf ki, dəniz qəzası nəticəsində həlak olanlar var. Onların sayı hələlik bəlli deyil" — deyə Başçəri vurğulayıb.
Axtarış-xilasetmə əməliyyatlarına Türkiyə Hərbi Dəniz Qüvvələrinin qüvvələri də cəlb edilib. Hadisə zonasına iki helikopter, Sahil Mühafizə Xidmətinin iki катери, dalğıc dəstəsi və digər canlı qüvvə yönləndirilib. Xilas edilən sərnişinlər Girne limanına çatdırılır.
***
14:58
Şimali Kiprin Girnə şəhəri sahillərində göyərtəsində təxminən 260 sərnişin olan bərə batıb, ərazidə genişmiqyaslı xilasetmə əməliyyatı keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə Şimali Kiprin İctimai İşlər və Nəqliyyat naziri Erhan Arıklı məlumat verib.
Nazirin sözlərinə görə, Girnədən Mersinin Taşucu limanına doğru hərəkət edən sərnişin gəmisi sahildən 4 mil aralıda su almağa başlayıb və nəticədə çevrilib.
O vurğulayıb ki, xilasetmə əməliyyatına Sahil Mühafizəsinin katerləri, helikopterlər və ərazidəki mülki gəmilər cəlb olunub.