BAKI, 31 avqust. TELEQRAF
“Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı Rusiya və Ukrayna ilə təmasdadır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Naviqasiya təhlükəsizliyinin təmin edilməsi təkcə Qara dəniz üçün deyil, həm də qlobal ərzaq təhlükəsizliyi üçün əsas problem olaraq qalır. Bildiyiniz kimi, Rusiya və Ukraynadan gəlməli olan taxıl qlobal bazarlara çatmır, ona görə də hazırda bu məsələ ilə bağlı müxtəlif ölkələrdən çoxsaylı sorğular alırıq. Bu məsələ ilə bağlı hər iki tərəflə təmasdayıq. Əvvəllər olduğu kimi, lazımi şərtlər yaranarsa, taxıl müqaviləsinə bənzər başqa bir müqavilə bağlamaq üçün çalışırıq”, - nazir vurğulayıb.
Hakan Fidan bildirib ki, Ankara Qara dənizdə naviqasiya təhlükəsizliyini gücləndirmək üçün təkliflər hazırlayıb, bunları Moskva və Kiyevlə müzakirə edir.