BAKI, 31 avqust. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bişkekdə ABŞ prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qorla görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan-ABŞ strateji tərəfdaşlığının daha da gücləndirilməsi və ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların icrası müzakirə olunub.

Siyasi dialoqun, parlamentlərarası və regionlararası münasibətlərin müsbət dinamikası, ticari-iqtisadi və investisiya əməkdaşlığının genişlənməsi məmnuniyyətlə qeyd edilib.

Enerji, nəqliyyat, vacib minerallar, rəqəmsal texnologiyalar, süni intellekt və kənd təsərrüfatı da daxil olmaqla prioritet sahələrdə birgə layihə və təşəbbüslərin təşviqinin davam etdirilməsinin vacibliyi vurğulanıb.