BAKI, 2 avqust. TELEQRAF
Rusiya Silahlı Qüvvələri avqustun 2-nə keçən gecə Ukrayna limanlarına və Ukrayna Silahlı Qüvvələrinin (USQ) ehtiyacları üçün istifadə olunan dəniz gəmilərinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, yüksək dəqiqlikli hava bazalı silahlar və zərbə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Odessa limanında USQ-nin təminatı üçün nəzərdə tutulan yanacaq çənləri, Nikolayev limanında isə pilotsuz qayıqların tətbiqi üçün yenidən avadanlıqlaşdırılmış dəniz buksiri vurulub. Həmçinin Qara dəniz akvatoriyasında hərbi əmlak daşıyan gəmiyə də zərbə endirilib.