BAKI, 2 avqust. TELEQRAF

ABŞ-nin Aydaho ştatının Tvin-Fols şəhərində baş verən silahlı insident nəticəsində üç nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə NBC News yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 15:00 radələrində In-N-Out Burger sürətli qidalanma restoranının yaxınlığında baş verib.

Hazırda həlak olanlar arasında atəşi açan şəxsin olub-olmaması dəqiqləşdirilməyib.

Hadisə yerində polis əməkdaşları işləyir, insidentin başvermə səbəbləri araşdırılır.