BAKI, 2 avqust. TELEQRAF

İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı məsələni İrana qarşı yeni hərbi əməliyyatları davam etdirmək üçün bəhanə kimi istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə "Press TV" İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda bildirilir ki, ABŞ Hörmüz boğazında vəziyyətin gərginləşməsində rol oynayır və gəmi keçidi ilə bağlı irəli sürülən iddialar İrana qarşı hərbi əməliyyatlar və təzyiq siyasətini əsaslandırmaq məqsədi daşıyır.

İran XİN vurğulayıb ki, Tehran öz hüquqlarını, milli maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün zəruri vasitələrdən istifadə edəcək.