ZƏNGİLAN, 2 avqust. TELEQRAF

Zəngilanda Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi keçirilir.

Teleqraf-ın Zəngilana ezan olunan müxbiri xəbər verir ki, düşərgə avqustun 2-dən 8-dək Şərqi Zəngəzurda keçiriləcək.

2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ilə əlaqədar olaraq, bu ilki düşərgə “Dirçələn Şəhərlər” şüarı təşkil olunacaq.

Düşərgədə dünyanın 64 ölkəsindən 120-dən çox gənc iştirak edəcək.

Düşərgənin proqramına Şərqi Zəngəzurun, həmçinin Qarabağın tarixi və mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri, qəhrəman qazilərimiz, rəsmi şəxslər və müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər daxildir.

Gənclər panel və seminarlarda iştirak edəcək, işğaldan azad olunan rayonlara səfər edəcək, həmçinin dil dərslərinə, intellektual oyunlara və müxtəlif təlimlərə qatılacaqlar.

Qeyd edək ki, indiyədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndidə keçirilən Diaspor Gənclərinin Yay Düşərgələrində dünyanın 84 ölkəsindən 700-dən çox gənc iştirak edib.