BAKI, 2 avqust. TELEQRAF

Rusiya Hava Hücumundan Müdafiə (HHM) vasitələri ötən gecə ərzində ölkə regionları, habelə Azov və Qara dəniz akvatoriyaları üzərində Ukraynaya məxsus 635 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ötən gecə ərzində növbətçi HHM vasitələri tərəfindən Belqorod, Bryansk, Volqoqrad, Voroneş, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Saratov, Tambov, Tula vilayətlərinin, Moskva regionunun, Krımın, Krasnodar diyarının əraziləri, həmçinin Azov və Qara dəniz akvatoriyaları üzərində təyyarə tipli 635 Ukrayna PUA-sı ələ keçirilib və məhv edilib", – məlumatda qeyd olunub.