BAKI, 2 avqust. TELEQRAF
Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib.
Teleqraf xəbər verir ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.
Nəriman Həsənzadə l Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Xalq şairi ötən gün gecə saatlarında 95 yaşında vəfat edib.