BAKI, 2 avqust. TELEQRAF

Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində leysan yağışları və daşqın təhlükəsi səbəbindən təxminən 65 min nəfər təhlükəsiz ərazilərə köçürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, avqustun 1-də güclü leysan yağışları əyalətin inzibati mərkəzi olan Çendu şəhəri də daxil olmaqla bir neçə yaşayış məntəqəsini əhatə edib. Son 24 saat ərzində bəzi ərazilərdə 186 millimetrədək yağıntı qeydə alınıb.

Rəsmi məlumatlara əsasən, may ayında başlayan daşqın mövsümü ərzində Siçuan əyalətində ümumilikdə 881 min nəfər təhlükəsizlik məqsədilə təxliyə olunub.