BAKI, 2 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə Venesuelanın ABŞ bayrağı rənglərində göstərildiyi və "51-ci ştat" kimi təqdim olunduğu paylaşımı yenidən dərc edib.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tramp "Truth Social" sosial şəbəkəsində Venesuela ərazisinin ABŞ bayrağının rəngləri ilə təsvir olunduğu şəkli paylaşıb. Şəklin üzərində "51-ci ştat" ifadəsi yer alıb.

Təsvirdə Cənubi Amerikanın yalnız şimal hissəsi görünür. Qitənin qalan hissəsi boz rəngdə göstərildiyi halda, Venesuela ABŞ-nin ulduzlu-zolaqlı bayrağı ilə işarələnib.

Qeyd edək ki, Tramp eyni görüntünü ilk dəfə mayın 12-də paylaşmışdı. Bundan əvvəl Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatına çevrilməyəcəyini bəyan etmişdi.