BAKI, 2 avqust. TELEQRAF

"Xalq şairi Nəriman Həsənzadənin vəfatı Azərbaycan ədəbiyyatı üçün çox ağır itkidir"​.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimində deyib.

AYB sədri N.Həsənzadənin ədəbiyyatdakı rolunu xüsusi vurğulayıb:

"Nəriman Həsənzadə təkcə böyük sənətkar deyil, həm də Azərbaycan poeziyasının inkişafına mühüm töhfələr vermiş, ictimai həyatda daim fəallığı ilə seçilmiş şəxsiyyət idi. O, AYB Ağsaqqallar Şurasının sədri kimi hər zaman maraqlı təşəbbüslərlə çıxış edir, yeni kitabların nəşri və ədəbi mühitin inkişafı üçün yorulmadan çalışırdı. Mərhum sənətkarla uzun illər səmimi münasibətlərimiz olub. Onun əsərləri həmişə xalqımızın qəlbində yaşayacaq".