BAKI, 1 avqust. TELEQRAF

İspaniya kralı VI Filipp Şimali Afrikanın sahilində yerləşən muxtar Seuta şəhərində minlərlə miqrantın daxil olması ilə bağlı baş verən ciddi hadisələrdən narahatlığını və hiddətini ifadə edib.

Teleqraf "EFE" agentliyinə istinadən xəbər verir ki, kral dövlətin muxtar şəhərlərin təhlükəsizliyini təmin etməli və bu cür hadisələrin təkrarlanmasının qarşısını almalı olduğunu bildirib.

Kral VI Filipp həmçinin qeyd edib ki, Seuta və Melilya sakinlərinə İspaniyanın qalan hissəsinin dəstəyini nümayiş etdirəcək tədbirlərin görülməsi zəruridir.

Xatırladaq ki, 30 iyulda minlərlə miqrant Mərakeşdən Seuta keçib. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, şəhərə ümumilikdə 50.000 nəfər gəlib. Seuta hakimiyyəti 60.000 miqrantın gəldiyini bildirib. Seutaya qanunsuz gələn 48.000-dən çox miqrant Mərakeşə qayıdıb. Son məlumatlara görə, şəhərə çatmağa çalışarkən ən azı 57 nəfər ölüb.