BAKI, 2 avqust. TELEQRAF
Peruda Naska səhrasındakı məşhur geoqliflər üzərində ekskursiya uçuşu həyata keçirməli olan turist təyyarəsinin qəzaya uğraması nəticəsində 13 nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə Peru hakimiyyət orqanları məlumat yayıb.
Bələdiyyənin açıqlamasında bildirilib ki, Aerodiana aviaşirkətinə məxsus təyyarə Pueblo-Vyexo bölgəsində qəzaya uğrayıb.
Məlumata görə, təyyarə Naska səhrasındakı geoqliflər üzərində ekskursiya uçuşu həyata keçirmək üçün Pisko şəhərindən havaya qalxıb.
Hadisənin başvermə səbəbi hələlik müəyyən edilməyib, araşdırma aparılır.