BAKI, 2 avqust. TELEQRAF
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edilib.
Teleqraf xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin yaxınları iştirak ediblər.
***
11:42
Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi başa çatıb.
Teleqraf xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin nümayəndələri, dövlət və ictimaiyyət nümayəndələri, elm, mədəniyyət və ədəbiyyat xadimləri iştirak ediblər.
Qeyd edək ki, N. Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək.
***
10:55
Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin nümayəndələri, dövlət və ictimaiyyət nümayəndələri, elm, mədəniyyət və ədəbiyyat xadimləri iştirak edirlər.
Qeyd edək ki, N. Həsənzadə ötən gün gecə saatlarında vəfat edib. Xroniki orqan çatmazlığından əziyyət çəkən Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmiş, süni nəfəs aparatına qoşulmuşdu.