Bu gün Yer kürəsində 75% ehtimalla maqnit fırtınası gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzi məlumat yayıb.

"Proqnoz modelləri Günəş küləyinin sürətinin 600 km/s və daha yüksək səviyyəyə qədər potensial artımını göstərir. Belə bir vəziyyətdə geomaqnit pozuntuları orta səviyyəli maqnit fırtınalarına qədər çata bilər. Maqnit fırtınasının ehtimalı 75%-dir" - məlumatda qeyd olunur.

"Phobos"a görə, maqnit fırtınası 30 iyulda Günəşdə baş verən tac kütləsinin püskürməsi nəticəsində yarana bilər. Onun bu gecənin ikinci yarısında başlayacağı və doqquz saata qədər davam edəcəyi gözlənilir.