ZƏNGİLAN, 2 avqust. TELEQRAF
“Düşərgədən gözləntim Azərbaycan haqqında daha çox məlumat əldə etməkdir. Azərbaycan dilini daha yaxşı öyrənmək, azərbaycanlı dostlar qazanmaq, ölkənin mədəniyyətini və tarixini daha yaxından tanımaq istəyirəm”.
Bu sözləri Teleqraf-a açıqlamasında VII Yay Düşərgəsinin iştirakçısı Yusif Nəcəfli deyib.
“Mən 6 yaşımdan ailəmlə birlikdə Kanadada yaşayıram. Xarici görünüşümə görə kanadalıya bənzədilsəm də, azərbaycanlıyam. Hazırda universitetdə kompüter elmləri ixtisası üzrə təhsil alıram.
Qarabağa ilk gəlişimdə dağıdılmış əraziləri görmüşdüm. Bu dəfə isə vəziyyətin xeyli dəyişdiyinin şahidi oldum. Şuşaya da getdik, şəhəri gəzdik və Şuşa qalasını ziyarət etdik. Burada aparılan bərpa və quruculuq işləri məndə çox müsbət təəssürat yaratdı”, – o bildirib.