BAKI, 2 avqust. TELEQRAF

İngiltərənin “Arsenal” klubu İspaniya təmsilçisi “Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior üçün 135 milyon avro təklif edib.

Teleqraf “Goal”a istinadən xəbər verir ki, bonuslarla birlikdə transferin məbləği 145 milyon avroya çata bilər.

Mənbənin məlumatına görə, Vinisius da karyerasını “Arsenal”da davam etdirməyə qarşı deyil. Hücumçu 2027-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmaqla bağlı “Real Madrid”in təklifini qəbul etməyib.

Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2018-ci ildən Madrid təmsilçisinin formasını geyinir. O, “Real”ın heyətində keçirdiyi 375 oyunda 128 qol vurub, 100 məhsuldar ötürmə verib.