BAKI, 2 avqust. TELEQRAF

Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 38-ə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya prefektura hakimiyyəti və xilasetmə xidmətlərinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, hazırda təxminən 69 min ev təsərrüfatında su təchizatında fasilələr davam edir. Təbii fəlakətdən sonra təxliyə edilən azı 9,2 min nəfər isə hələ də müvəqqəti yerləşdirmə mərkəzlərində qalır. Hadisə zamanı azı 139 nəfər xəsarət alıb.

İyulun 28-də baş verən 7,1 bal gücündə zəlzələ son illərdə Yaponiyada qeydə alınan ən güclü təbii fəlakətlərdən biri hesab olunur.

Zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə xilasetmə və digər aidiyyəti qurumlarla yanaşı, Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4,6 min hərbçisi cəlb edilib.