BAKI, 2 avqust. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukraynadakı münaqişənin diplomatik yolla həllinə dəstək verməyə hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
Rubio bildirib ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun müharibənin dayandırılması istiqamətində konstruktiv rol oynaya biləcəyini dəfələrlə vurğulayıb.
“ABŞ həmişə konstruktiv rol oynamağa hazırdır. Yaxın bir neçə həftə ərzində tərəflər arasında danışıqların yenidən başlanmasının mümkün olub-olmadığını qiymətləndirmək üçün müəyyən təşəbbüslərin şahidi olacaqsınız”, – deyə dövlət katibi qeyd edib.
O əlavə edib ki, ABŞ administrasiyası Ukraynadakı münaqişənin diplomatik yollarla həlli istiqamətində səylərini davam etdirəcək.