BAKI, 1 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, dünyada "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər var. Buna görə də tərəfdaşların onları anbarlarda saxlamamaq üçün siyasi qərar verməsi vacibdir.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti ənənəvi axşam video müraciətində qeyd edib.

Zelenski vurğulayıb ki, dünyada kifayət qədər "Patriot" raketləri var: "Tərəfdaşların siyasi qərarı verməsi vacibdir. Amerika Birləşmiş Ştatları bizim nəyə ehtiyacımız olduğunu bilir. Avropa da bizim nəyə ehtiyacımız olduğunu bilir. Anti-ballistik raketlər anbarlarda qalmamalı, insanları qorumalıdır. Yardımın edilmədiyi hər gün Rusiya üçün insanları öldürmək üçün bir fürsətdir".