BAKI, 2 avqust. TELEQRAF

ABŞ-nin Nyu-York ştatında ilk dəfə gənə dişləməsi ilə yayılan və xüsusi müalicəsi olmayan nadir Burbon virusuna yoluxma faktı təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb.

Məlumata görə, virusa Lonq-Aylenddə yaşayan 67 yaşlı Maykl Larkin yoluxub. Bir müddət sonra onda şiddətli baş ağrıları və ümumi zəiflik yaranıb, nəticədə xəstəxanaya yerləşdirilib.

Həkimlər əvvəlcə ona Laym xəstəliyi ilə bağlı test aparsalar da, nəticə mənfi çıxıb. Daha sonra aparılan geniş müayinələr nəticəsində Larkinin məhz Burbon virusuna yoluxduğu müəyyən edilib.

"CBS News" telekanalının məlumatına görə, Maykl Larkin xəstəliyə qalib gələ bilib və sağalıb.