BAKI, 14 iyul. TELEQRAF
Şimali Kipr Türk Respublikası (ŞKTR) Avropa Komissiyasının icraçı vitse-prezidenti Raffaele Fittonun Kipr üzrə xüsusi nümayəndəsi təyin etməsini tənqid edərək, bu addımı qəbuledilməz və qərəzli adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə ŞKTR-in Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.
Bildirilir ki, bu addım Kiprin Türk tərəfinin təsdiqi olmadan edilib və onların iradəsinə məhəl qoyulmayan "təxribatçı addım"dır.
Nazirlik iddia edir ki, Aİ-nin qərarı Kipr məsələsində neytrallığın olmaması kimi xarakterizə olunur və gələcəkdə hər hansı bir həll yolu iki tərəf arasında bərabərlik üzərində qurulmalıdır.
Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Birliyi 2004-cü ildə Kipr Yunan administrasiyasını üzv qəbul etdikdən sonra Kipr türklərinin hüquq və maraqlarını gözardı edib.
O, Aİ və Kipr Rum tərəfini birtərəfli addımlarla faktı gerçəkləşdirməyə çalışmaqda günahlandırıb və bu cür səylərin uğurlu olmayacağını bildirib.
Nazirlik bildirib ki, Kipr məsələsinin davamlı həlli yalnız adadakı iki tərəfin "suveren bərabərliyi və bərabər beynəlxalq statusu"na əsaslanan əməkdaşlıq yolu ilə əldə edilə bilər.