BAKI, 14 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması ehtimalının hələ də qaldığını bəyan edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

İran ətrafında gərginliyin yenidən artmasına və hərbi əməliyyatların davam etməsinə baxmayaraq, ABŞ lideri diplomatik həll variantının tamamilə gündəmdən çıxmadığını vurğulayıb.

“Bəli, düşünürəm ki, razılaşma mümkündür. Əlbəttə, belə hesab edirəm”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti mümkün razılaşmanın şərtləri və tərəflər arasında hər hansı yeni təmaslar barədə əlavə məlumat verməyib.