BAKI, 14 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun İran üçün bir növ sınaq olduğunu, lakin rəsmi Tehranın bu sınaqdan uğurla keçə bilmədiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə amerikalı radio aparıcısı Hyu Hyuitə müsahibəsində danışıb.
“Bu, bir növ yoxlama idi və onlar bu sınaqdan keçə bilmədilər”, - deyə ABŞ lideri vurğulayıb.
Tramp memorandumun hansı konkret şərtlərinin yerinə yetirilmədiyini açıqlamayıb.
Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl iyulun 14-nə keçən gecə İran ərazisinə güclü zərbələr endiriləcəyini bəyan etmişdi. O, həmçinin İran hakimiyyətinin bəzi nümayəndələrinin hədəfə alınması ehtimalını da istisna etməmişdi.