BAKI, 14 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp iyulun 16-da ölkədə keçirilmiş 2020-ci il prezident seçkilərinə xarici müdaxilə iddiaları ilə bağlı çıxış edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "MS Now" telekanalı məlumat yayıb.

Məlumata görə, Trampın cümə axşamına planlaşdırılan çıxışı yeni məxfilikdən çıxarılmış kəşfiyyat hesabatlarına həsr olunacaq.

Ağ Ev hesab edir ki, həmin sənədlər digər dövlətlərin 2020-ci ildə ABŞ-də keçirilən prezident seçkilərinə müdaxilə planlarını üzə çıxarır.

“Trampın cümə axşamı çıxışının, Ağ Evin fikrincə, xarici dövlətlərin 2020-ci il seçkilərinə müdaxilə planlarını göstərən yeni məxfilikdən çıxarılmış kəşfiyyat hesabatlarına həsr olunacağı gözlənilir”, - məlumatda bildirilir.

Bundan əvvəl Tramp “Truth Social” platformasında iyulun 16-sı axşam saatlarında amerikalılara televiziya vasitəsilə müraciət edəcəyini açıqlamış, lakin çıxışının mövzusunu bildirməmişdi.